Hamşik "Napoli"nin tarixinə düşdü

Hamşik "Napoli"nin tarixinə düşdü
DÜNYA FUTBOLU 7 Noyabr 2018 / 15:33 2145
-  A +

Çempionlar Liqasının 4-cü turunda PSJ ilə keçirilən oyun  “Napoli”nin futbolçusu Marek Hamşik üçün əlamətdar olub.

Qol.az-ın məlumatına görə, 1:1 hesabı ilə başa çatan oyun slovakiyalı yarımmüdafiəçinin “Napoli” forması ilə 512-ci matçı olub.

Bu isə klub üçün yeni rekord hesab edilir. Hamşik buna qədər “Napoli” forması ilə 511 oyuna çıxan Cüzeppe Bruskolottini qabaqlayıb.

Qeyd edək ki, 31 yaşlı futbolçu 2007-ci ildən Neapol təmsilçisində çıxış edir


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi