“Heç bir futbolçu Messini əvəz edə bilməz”

“Heç bir futbolçu Messini əvəz edə bilməz”
DÜNYA FUTBOLU 23 Oktyabr 2018 / 19:50 3156
-  A +

“Heç bir futbolçu Messini əvəz edə bilməz. O, komandaya çox şey verir. Həmişə hamı gözləyir ki, Messi “Barselona”nın müsbət nəticə qazanmasını təmin edəcək”.

Qol.az-ın məlumatına görə, bu sözləri “Barselona”nın futbolçusu Xordi Alba Çempionlar Liqasında qrup mərhələsinin 3-cü turunda “İnter”lə keçiriləcək oyunöncəsi təşkil edilən mətbuat konfransında deyib.

Kataloniya klubunun kapitanı Lionel Messi zədə səbəbindən bugünkü görüşü buraxacaq. Alba argentinalı hücumçunun yoxluğunda çətinlik çəkəcəklərini bildirib:  “Messi bütüb digər oyunçulardan fərqlənir. Onun meydanda olması komandaya əminlik verir. Leo meydanda olanda özümüzü yaxşı hiss edirik. Çətin olsa da, düşünürəm ki, qələbə bizim olacaq”.

Qeyd edək ki, sabah keçiriləcək "Barselona" - "İnter"  matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. 

 


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi