“Keşlə” antirekord seriyasını qırdı

“Keşlə” antirekord seriyasını qırdı
PREMYER LİQA 22 Oktyabr 2018 / 13:00 2244
-  A +

“Keşlə”nin Topaz Premyer Liqasındakı qələbəsiz oyunlar seriyası qırılıb.

Qol.az-ın PFL-in saytına istinadənn yaydığı xəbərə görə, paytaxt təmsilçisi mövsümdə ilk 3 xalı 8-ci turun “Zirə”ylə qarşılaşmasında əldə edib – 1:0.

Ardıcıl 6 oyunda qalib gələ bilməyən “Keşlə” sonuncu dəfə ötən mövsüm qələbə qazanmışdı. Mayın 20-də səfərdə “Səbail”i 1:0 hesabı ilə məğlub edən komanda növbəti uğurunu 154 gün gözləyib.

Bununla da “Keşlə”nin ölkə çempionatları tarixindəki antirekord start seriyası qırılıb. Bakılılar 1999-cu ildə debüt etdiyi yarışda heç vaxt ilk qələbəsini belə gec qazanmamışdı.

Qeyd edək ki, “Keşlə”nin tarixində ümumilikdə ən uzun qələbəsiz oyunlar seriyası 11-ə bərabərdir. Bu, ötən mövsümün gedişində qeydə alınıb.

Daha çox


Son xəbərlər