"Spartak" Karreranı qovdu

"Spartak" Karreranı qovdu
DÜNYA FUTBOLU 22 Oktyabr 2018 / 12:29 1906
-  A +

"Spartak” baş məşqçisi Massimo Karreranı istefaya göndərib.

Qol.az-ın Moskva təmsilçisinin saytına istinadən yaydığı xəbərə görə, klubun direktorlar şurası komandanın bu mövsüm qeyri-kafi nəticələri səbəbindən 54 yaşlı mütəxəssislə yolları ayırıb. Baş məşqçi səlahiyyətləri müvəqqəti olaraq Raul Riançoya həvalə olunub.

Qeyd edək ki, "Spartak" ölkə çempionatının turnir cədvəlində 18 xalla 7-ci pillədə qərarlaşıb.

Xatırladaq ki, M. Karrera 2016-cı ilin avqustunda "Spartak”ı çalışdırırdı. Onun rəhbərliyi altında komanda 2016/2017 mövsümündə Rusiya çempionu olub və ölkə superkubokunu qazanıb.


Son xəbərlər