Roman Qriqorçuk: «İnter» «Birlik kuboku»nun bəzəklərindəndir»

XƏBƏR 20 Yanvar 2009 / 16:22 2621
-  A +

«Biz üçüncü dəfədir ki, bu turnirə gəlmişik. Məqsədimiz ölkə çempionatına və Avropa kuboklarına hazırlaşmaqdır». Qol.Az-ın Moskvadakı əməkdaşının verdiyi məlumata görə, bu sözləri Bakı «İnter»i ilə bugünkü qarşılaşmadan sonra Latviyanın «Ventspils» klubunun baş məşqçisi Roman Qriqorçuk deyib. O bildirib ki, məqsədləri bu yarışda uğurlu çıxış etməkdir: «Burdakı oyunlardan sonra səhvlərimizi, çatışmayan cəhətlərimizi görürük. Ona görə turnirə ciddi yanaşırıq». Bugünkü məğlubiyyətin onun üçün xoş olmadığını deyən R.Qriqorçuk qələbə münasibətilə «İnter»i təbrik edib: «Mən «İnter»i çox bəyənirəm. Bunu dünən də dedim. Bu, ciddi komandadır və turnirin bəzəklərindəndir».

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi