"Barselona"da ciddi itki

"Barselona"da ciddi itki
DÜNYA FUTBOLU 13 Oktyabr 2018 / 21:52 2560
-  A +

"Barselona"nın və Belçika millisinin futbolçusu Tomas Vermalen sıradan çıxıb.

Qol.az-ın "AS"a istinadən yaydığı xəbərə görə, UEFA Millətlər Liqasıda İsveçrə ilə matçda zədələnən 32 yaşlı müdafiəçinin dörd həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilib.

Bu isə o deməkdir ki, o, La Liqada "Sevilya", "Real" və Çempionlar Liqasında "İnter"lə oyunları buraxacaq.

Qeyd edək ki, Belçika – İsveçrə oyunu birincilərin 2:1 hesablı qələbəsi ilə başa çatıb.


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi