"Barselona"dan Messiyə yeni müqavilə

"Barselona"dan Messiyə yeni müqavilə
DÜNYA FUTBOLU 13 Oktyabr 2018 / 11:46 3622
-  A +

"Barselona" futbolçusu Lionel Messi ilə yeni müqavilə imzalamağa hazırlaşır.

Qol.az-ın "El Mundo Deportivo"ya istinadən yaydığı xəbərə görə, Kataloniya klubu argentinalı hücumçu ilə müqavilənin müddətini 2022 və ya 2023-cü ilin iyununa qədər uzatmağı planlaşdırır. "Barsa"nın  yeni maliyyə strategiyasını hazırladıqdan sonra 31 yaşlı oyunçuya cəlbedici təklif göndərəcəyi gözlənilir. Danışıqların bir neçə ay sonra başlanacağı bildirilir.

Qeyd edək ki, L.Messinin "Barselona" ilə hazırkı müqaviləsinin müddəti 2021-ci ilin yayında başa çatır.


Son xəbərlər
01.05.24  13:09

Qvardiola peşmandır