Azərbaycan millisi Bakıda keçirilən cüdo üzrə dünya çempionatına start verib.
Qol.az-ın məlumatına, qarışıq komanda yarışlarında mübarizəyə 1/8 final mərhələsindən başlayan Azərbaycan millisinin ilk rəqibi Avstriya komandası olub. Gərgin mübarizə şəraitində davam edən qarşılaşma millimizin 5:1 hesablı qələbəsi ilə başa çatıb.
Millinin heyətində 5 qadın və 6 kişi cüdoçu - Səkinə Zayirova, İçinxorlu Munxtsedev (hər ikisi - 57 kq), Aidə Baxışova, Günel Həsənli (hər ikisi - 70 kq), İrina Kindzerska (+70 kq), Hidayət Heydərov, Rüstəm Orucov (hər ikisi - 73 kq), Məmmədəli Mehdiyev, Tural Safquliyev (hər ikisi - 90 kq), Şahin Qəhrəmanov və Uşangi Kokauri (hər ikisi +90 kq) yer alıb. Heyət üzvlərindən yalnız Günel Həsənli (70 kq) görüşünü məğlubiyyətlə başa vurub. Hidayət Heydərovun (73 kq) isə mübarizə aparmasına ehtiyac qalmayıb. Çünki Azərbaycan yığması bu görüşədək qələbəni təmin edib - 4:1.
Millimiz 1/4 finalda Yaponiya ilə üz-üzə gəlib. Heyətdəki qadın cüdoçuların hamısı - İçinxorlu Munxtsedev (57kq), İrina Kindzeska (+70 kq) və Günel Həsənli (70 kq) rəqiblərinə məğlub olublar.
Kişilərdən Uşangi Kokauri (+90 kq) əlavə vaxtda rəqibinə ipponla qalib gəlib. Məmmədəli Mehdiyev (90 kq) də rəqibini üstələməyi bacarıb. Rüstəm Orucov (75 kq) isə ipponla məğlub olub. Ümumi hesabda yığmamız 2:4 hesabı ilə uduzub.
Yığmamız təsəlliverici görüşdə Hollandiya ilə qarşılaşıb və rəqibini məğlub edib - 4:2. Qadın cüdoçularımızdan İçinxorlu Munxtsedev (57 kq) və İrina Kindzeska (+70 kq) görüşlərini qələbə ilə başa vurublar. Günel Həsənli (70 kq) isə rəqibinə məğlub olub. Kişilərin mübarizəsində Məmmədəli Mehdiyev (90 kq) və Hidayət Heydərov (73kq) rəqibini üstələməyi bacarıb. Uşangi Kokauri (+90 kq) isə məğlub olub.
"Bürünc" uğrunda görüşdə Rusiya ilə üz-üzə gələn cüdo yığmamız rəqibinə 1:4 hesabı ilə uduzaraq, medalsız qalıb. Millimizin heyətində yalnız 73 kq-da yarışan Hidayət Heydərov öz görüşünü qələbə ilə başa vurub. Digərləri - kişilərin mübarizəsində Uşanqi Kokauri (90 kq) və Məmmədəli Mehdiyev (90 kq), qadınlarda isə Günel Həsənli (70 kq) və İçinxorlu Munxtsedev (57 kq) rusiyalı idmançılarla dueldən məğlub ayrılıblar.
PSJ prezidenti: "Super Liqa mənim üçün mövcud deyil"
Muslera milli karyerasını başa vurdu
Azərbaycan boksçusundan bürünc medal - Avropa çempionatı
Şahmat üzrə Azərbaycan çempionu bəlli oldu
“Sabah” bölgələrdə seçimlərə başlayacaq
Futzal üzrə Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
Azərbaycan cüdoçusu Avropa çempionatının finalında uduzdu
"Sabah" Gənclər Liqasının qalibi oldu
"Karvan" və "İmişli"dən qələbə, lider xal itirdi
Azərbaycanın U-17 millisi Özbəkistana uduzdu
Əliyar Ağayev Fatih Terimin komandasının oyununda
Xavi qərarını niyə dəyişdi?
La Liqanın bəzi oyunları ABŞ-da keçiriləcək
PSJ-nin prezidenti "Qarabağ"ı təbrik etdi - Video, Şəkillər
İstanbul derbisinin hakimi bilindi
Hakimi təhqir etdiyi üçün cəzalandırıldı
"Qəbələ"nin futbolçusu əməliyyat olundu
PFL hakim təyinatlarını açıqladı
Klopp üzr istədi
Kroos: "Ançelotti bizə yalan danışdığını dedi"
"Yayda nələr olacağını birlikdə görəcəyik" - Musa Qurbanlı
İndi ən vacib xəbərlər telefonunuza gələcək!
Finalda təkrarlanan 6-cı cüt