"Milan"ın oyunu təxirə salındı - körpü faciəsinə görə

"Milan"ın oyunu təxirə salındı -  körpü faciəsinə görə
XƏBƏR 16 Avqust 2018 / 19:10 3697
-  A +

İtaliya A Seriyasında 2018-2019 mövsümünün ilk turunun 2 oyunu təxirə salınıb.

Qol.az-ın çempionatın rəsmi saytına istinadən yaydığı xəbərə görə, avqustun 14-də Genuya şəhərindəki Morandi körpüsünün çökməsi nəticəsində baş vermiş faciəyə görə avqustun 19-a təyin olunan "Milan" - "Cenoa" və "Sampdoriya" - "Fiorentina" matçları keçirilməyəcək.

Rəhbərlik hazırda digər oyunların da başqa vaxta keçirilməsini müzakirə edir.

Qeyd edək ki, məlum faciə nəticəsində 38 nəfər dünyasını dəyişib.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi