"Qarabağ"ın azlıqda qalması bizə çox kömək etdi" - BATE-nin futbolçusu

"Qarabağ"ın azlıqda qalması bizə çox kömək etdi" - BATE-nin futbolçusu
XƏBƏR 15 Avqust 2018 / 10:09 3807
-  A +

"Ağır oyun oldu. Siz özünüz hər şeyi gördünüz. Bu mərhələdə oynamaq asan olmur. Əsas odur ki, növbəti mərhələyə yüksəldik, çox şadıq".

Qol.az-ın məlumatına görə, bu sözləri BATE-nin futbolçusu Eqor Filipenko Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində "Qarabağ"la cavab oyunundan (1:1) sonra yerli mətbuata deyib.

30 yaşlı müdafiəçi Ağdam klubunun azlıqda qalmasının onlara kömək etdiyini bildirib: "Rəqib çox əsəbi idi. Onlar bəzən sərt oynayırdılar, kobudluq edirdilər. Prinsipcə, bunun cəzasını da aldılar. "Qarabağ"ın azlıqda qalması bizə çox kömək etdi. Bəli, razıyam ki, İnnosent Emeqaranın qovulmasında bizim baş hakimdən tələbimizin də rolu oldu. Digər tərəfdən, hər şey ədalətlidir. Oyunçu sərt oynadı və ona ikinci sarı vərəqə verildi".

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi