Avroliqada bir oyun keçirildi

Avroliqada bir oyun keçirildi
XƏBƏR 18 İyul 2018 / 22:06 3089
-  A +

Avropa Liqasında birinci təsnifat mərhələsinin cavab görüşləri davam edir.

Qol.az xəbər verir ki, ikinci oyun günündə yalnız bir matç keçirilib.

Bosniya təmsilçisi “Jelezniçar” öz meydanında Estoniyanın “Narva” klubunu qəbul edib. İlk matçda səfərdə qələbə qazanan bosniyalılar bu dəfə də meydanı qalib tərk edib.

Beləliklə, "Jelezniçar" ikinci təsnifat mərhələsinə yüksəlib.

Avropa liqası

I təsnifat mərhələsi, cavab oyunu

18 iyul

20:00.“Jelezniçar” (Bosniya və Hersoqovina) - “Narva” (Estoniya) - 3:1
Qollar:
Plotnikov, 5 (0:1), Zajmovic, 24 (1:1), Krpic, 29 (2:1), 82 (3:1)
İlk oyun: 2:0


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi