“Bizi Azərbaycanla maraqlı oyun gözləyir” – belaruslu futbolçu

“Bizi Azərbaycanla maraqlı oyun gözləyir” – belaruslu futbolçu
XƏBƏR 14 Mart 2018 / 11:51 2528
-  A +

“Hər zaman ölkəmin yığması üçün oynamağa hazıram. Düzdür, ötən il bəzi oyunlara dəvət almadım. Bu, məşqçilər korpusunun qərarı idi”.

Qol.az-ın məlumatına görə, bu sözləri Belarus millisinin üzvü İqor Şitov deyib. “Astana” klubunun şərəfini qoruyan müdafiəçi Qazaxıstan mətbuatına açıqlamasında martın 23-də yığmamızla keçirəcəkləri oyuna da toxunub: “Martın 23-də Bakıda Azərbaycan, 27-də isə Lyublyanada Sloveniya ilə oynayacağıq. Düşünürəm ki, bizi maraqlı oyunlar gözləyir”.

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda martın 23-də keçiriləcək Azərbaycan – Belarus matçı saat 20:00-da başlayacaq.


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi