"Qəbələ"nin idmançısından ilk heç-heçə

"Qəbələ"nin idmançısından ilk heç-heçə
XƏBƏR 16 Dekabr 2017 / 10:34 1523
-  A +

“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə növbəti döyüşünü keçirib.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, 31 yaşlı idmançı Rusiyanın Yekaterinburq şəhərində keçirilən “Extra Round5” turnirində iştirak edib. Superağır çəki dərəcəsində rinqə çıxan Atakişiyev Ukrayna təmsilçisi German Skobenko ilə üz-üzə gəlib. 6 raund davam edən döyüşdə qalib müəyyənləşməyib.

Bu, Zamiqin peşəkar rinqdə ilk heç-heçəsidir. Yekaterinburqdakı döyüşə qədər 4 qarşılaşmaya çıxan boksçu bütün rəqiblərinə qalib gəlmişdi.


Son xəbərlər
01.05.24  13:09

Qvardiola peşmandır