“Əlimizdən gələni etdik” - Kintana

“Əlimizdən gələni etdik” -  Kintana
ÖLKƏ FUTBOLU 6 Dekabr 2017 / 04:48 3800
-  A +

“Biz öz oyunumuzu oynadıq. Baş məşqçi müdafiədə etibarlı oynayıb, rəqibi əks-hücumda yaxalamaq tapşırığı vermişdi. Hesab 1:0 olandan sonra qol vurmaq üçün şanslarımız oldu. Amma yararlana bilmədik”.

Qol.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın yarımmüdafiəçisi Dani Kintana deyib.

Çempionlar Liqasının qrup mərhələsinin son turunda “Roma”ya 0:1 hesabı ilə uduzduqları oyunu şərh edən ispan futbolçu komandasının turnirdəki çıxışını dəyərləndirib:

“Çempionlar Liqasının qrup mərhələsində oynadığımız üçün fəxr edirik. Əlimizdən gələni etdik. Avropa nəhəngləri ilə bir qrupda mübarizə apardıq. Bütün bunları nəzərə alsaq, qazandığımız xalları uğur saymaq olar”.

 

Daha çox


Son xəbərlər
01.05.24  13:09

Qvardiola peşmandır