“Qalatasaray” Təbrizə gedir

XƏBƏR 13 Aprel 2010 / 17:12 1918
-  A +

“Qalatasaray” futbol klubunun İdarə Heyətinin 3 üzvünün Təbrizə gedəcəyi açıqlanıb. Qol.Az-ın  “Milliyət” qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə Təbrizin “Traktörsazi” futbol klubunun rəsmisi Mehdi Şirazi məlumat verib.

O bildirib ki, “Traktörsazi” və “Qalatasaray” komandaları arasında yoldaşlıq görüşünün keçirilməsi təklifinə “Qalatasaray” klubunun rəhbərliyi müsbət baxıb: “İlkin razılıq var. “Qalatasaray” klubunun İdarə Heyətinin 3 üzvü bu həftənin cümə günü Təbrizə gələcək”.

Mehdi Şirazi deyib ki, “Qalatasaray” UEFA kubokunu alan böyük bir komandadır və yoldaşlıq görüşü həm “Traktörsazi”, həm də ümumən İran futboluna böyük fayda verəcək.

Yoldaşlıq görüşünün vaxtı “Qalatasaray” İdarə Heyətinin üzvləri ilə görüşdən sonra dəqiqləşəcək: “Qonaqlarımız cümə günü Təbrizdə “Traktörsazi” və “Persepolis” komandaları arasındakı oyunu da izləyəcəklər”.


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi