Dmitri Nazarova ağır cəza

Dmitri Nazarova ağır cəza
ÖLKƏ FUTBOLU 24 Oktyabr 2017 / 12:40 4197
-  A +

Almaniya Futbol İttifaqının İntizam Komitəsi “Erzgebirge”nin futbolçusu Dimitri Nazarovu cəzalandırıb.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, buna millimizin yarımmüdafiəçisinin Almaniya 2-ci Bundesliqasında 11-ci turunda “Yan Regensburq” qarşı matçın 20-ci dəqiqəsində topu bilərkdən rəqib futbolçusunun üzünə vurduğu üçün birbaşa qırmızı vərəqə alması səbəb olub.

Buna görə İntizam Komitəsi D.Nazarovu 3 oyunluq cəzalandırıb. Bundan başqa, klub 3 min avro məbləğində cərimələnib.

Klubun rəsmi saytına açıqlama verən D.Nazarov qərarla razılaşdığını bildirib: "Özümü bu cür aparmamalı idim. Kluba və komandama zərər vurdum. Ona görə də üzr istəyirəm”.





Daha çox


Son xəbərlər
01.05.24  13:09

Qvardiola peşmandır