“Kəpəz” – “İnter” oyununun məkanı dəyişdi – Bakıda olacaq

“Kəpəz” – “İnter” oyununun məkanı dəyişdi – Bakıda olacaq
XƏBƏR 23 Oktyabr 2017 / 15:19 2519
-  A +

Topaz Premyer Liqanın X turunun “Kəpəz” – “İnter” oyununun məkanı dəyişdirilib.

Bu haqda Qol.az-a “İnter”in mətbuat xidmətinin rəhbəri Səbuhi Məmmədov məlumat verib. Onun sözlərinə görə, sözgedən qarşılaşma əvvəlcədən nəzərdə tutulduğu kimi Gəncədə yox, Bakıda olacaq. Bununla əlaqədar “İnter” rəhbərliyi PFL-ə müraciət edib:

“Klub yeni - “Keşlə” adı altında ilk oyununu evdə keçirmək istəyirdi. Yeni adımıza görə açılış və mini-konsert də nəzərdə tutulub. Konsertdə tanınmış müğənnilərdən biri çıxış edəcək. Bu səbəbdən də Peşəkar Futbol Liqasına müraciət etdik. Sağ olsunlar, sözümüzü yerə salmadılar”.

Qeyd edək ki, sözügedən qarşılaşma oktyabrın 28-də keçiriləcək.


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi