“Liverpul”dan qorxmağın mənası yoxdur”

“Liverpul”dan qorxmağın mənası yoxdur”
XƏBƏR 26 Sentyabr 2017 / 00:36 2682
-  A +

Moskva “Spartak”ının baş məşqçisi Massimo Karrera Çempionlar Liqasının qrup mərhələsinin ikinci turunda “Liverpul”a qarşı keçirəcəkləri oyundan danışıb.

Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, italiyalı mütəxəssis rəqibdən qorxmağın mənasız olduğunu bildirib:

“Liverpul”la oyun məşqçi kimi mənim karyeramdakı ən vacib görüşlərdən biridir. Rəqib güclüdür. Lakin "Liverpul”dan qorxmağın mənası yoxdur. Bacardığımız kimi oynayacağıq. Top yumrudur...

Biz də rəqibə problem yaşatmaq üçün əlimizdən gələni edəcəyik. Yaxşı oyun göstərmək üçün bütün gücümüzü sərf edəcəyik. İngilis klublarına boş sahə vermək olmaz”.

 

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi