"Qəbələ"dən 600-cü qol

"Qəbələ"dən 600-cü qol
XƏBƏR 21 Avqust 2017 / 16:25 1914
-  A +

"Qəbələ” tarixində 600-cü qolu vurub.

Qol.az-ın PFL-in rəsmi saytına istinadən yaydığı xəbərə görə, bu tarixi qol Topaz Premyer Liqasının II turunun “Sumqayıt”la ev oyununa (1:0) təsadüf edib.
 
40-cı dəqiqədə hesabı açan Tellur Mütəllimov klubun 12 illik tarixinə yubiley qolunun müəllifi kimi düşüb. Bu matçadək rəsmi oyunlarda 599 dəfə fərqlənən “qırmızı-qaralar” yubiley qoluna 455-ci matçında imza atıb. İlk rəsmi oyununu 2005-ci il sentyabrın 21-də, I dəstədə oynadığı vaxt keçirən komandamız Premyer Liqada 409, I dəstədə 72, Azərbaycan kubokunda da 84, avrokuboklarda 35 dəfə fərqlənib. Penaltilər seriyaları, həmçinin nəticəsi ləğv olunan qarşılaşmalar nəzərə alınmamaqla vurulan bu topların 341-i evdə, 258-i səfərdə, 1-i neytral meydanda qeydə alınıb.

Daha çox


Son xəbərlər