“Raul Qarsiyaya 50 milyon verə bilmərik” – “Kopenhagen”in baş məşqçisi

“Raul Qarsiyaya 50 milyon verə bilmərik” – “Kopenhagen”in baş məşqçisi
XƏBƏR 21 Avqust 2017 / 11:59 6120
-  A +

Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ”ın rəqibi olan “Kopenhagen”in baş məşqçisi Stal Solbakken klubun tranfeer çalışmaları barədə açıqlama verib.

Qol.az-ın Danimarka mətbuatına istinadən yaydığı xəbərə görə, o, Yunanıstanın “Panatinaikos” klubunun yarımmüdafiəçisi Zekanı transfer edəcəklərinə dair yayılan xəbərləri təkzib edib. 49 yaşlı mütəxəssis deyib ki, “Atletik”in (Bilbao) futbolçusu Raul Qarsiyanın da adı onlarla hallanıb:

“İspaniya radiosundan zəng vurub soruşdular ki, klubunuzun Raula 50 milyon avro təklif etməyi doğrudur? Cavab verdim ki, bu oyunçunu tanıyırıq. Amma Raul Qarsiyaya 50 milyon verə bilmərik”.

O qeyd edib ki, hazırda onlar transfer işlərini davam etdirirlər: “Amma bu, çətin bazardır. Mən da daxil olmlaqla klubda 5 nəfər bu məsələ ilə məşğuldur. “Kopenhagen”də oynamaq istəyən 100-dən çox futbolçudan təklif almışıq. Onların arasında güclü oyunçular var. Amma biz gənc və perpektivli futbolçu seçmək istəyirik. Əminəm ki, həmin oyunçu Danimarka superliqasında inkişaf edə biləcək”.


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi