«Mən Foqtsu heç vaxt unutmayacağam!»

XƏBƏR 30 Mart 2010 / 22:47 1849
-  A +

Şotlandiya yığma komandasının və İngiltərənin «Sanderlend» klubunun qapıçısı Kreyq Qordon millimizin baş məşqçisi Berti Foqts haqda müsbət fikirlər səsləndirib. Qol.Az-ın məlumatına görə, Qordon Şotlandiya KİV-nə müsahibəsində hələ çox gənc ikən, 20 yaşında Foqts tərəfindən Şotlandiya millisinə dəvət edildiyini söyləyib: «Foqtsun sayəsində mən 2004-cü ildə Trinidad və Tobaqo komandasıyla görüşdə millidə debüt etdim. Mən almaniyalı mütəxəssisi heç vaxt unutmayacağam».
Şotlandiyalı jurnalistlərin yazdığına görə, Foqts bu ölkənin millisində çalışarkən komandaya yeni istedadlı gənclər gətirib ki, onlardan da biri Kreyq Qordon olub. «Düzdür, o vaxt bizdən çox güclü oynamağı gözləyirdilər. Amma biz - mən və komanda yoldaşlarım onda çox gənc idik. Foqts o zaman gənclərə oynamaq şansı verirdi. O vaxtın gənc futbolçuları çağdaş Şotlandiya futbolunun uğurlarında pay sahibləridir» - deyə K.Qordon bildirib.


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi