Azərbaycan klubunun UEFA kubokundakı rəqibi müəyyənləşdi

XƏBƏR 28 Mart 2010 / 16:32 1752
-  A +

Futzal üzrə UEFA kubokunun «Dördlər finalı»nda «Araz»ın qarşılaşacağı komanda müəyyənləşib. Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Portuqaliyanın Lissabon şəhərində keçirilən püşkatmanın nəticəsinə əsasən, «Araz» futzal üzrə UEFA kubokunun hazırkı sahibi - İspaniyanın «İntervyu» komandası ilə qarşılaşacaq. «Araz» - «İntervyu» oyunu aprelin 23-də, Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Həmin gün, Bakı vaxtı ilə saat 23:30-da, digər yarımfinal cütlüyündə Portuqaliyanın «Benfika» və İtaliyanın «Luparense» komandaları finala yüksəlmək uğrunda mübarizə aparacaq.
Üçüncü yer uğrunda oyun aprelin 25-də, Bakı vaxtı ilə saat 19:00-da, final qarşılaşması isə həmin gün Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.
Bütün oyunlar Lissabondakı «Pavilyau du Atlantiku» kompleksində keçiriləcək.


 

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi