“Barselona” Neymarsız keçinə bilməz” – Valverde

“Barselona” Neymarsız keçinə bilməz” –  Valverde
XƏBƏR 23 İyul 2017 / 11:45 5285
-  A +

“Barselona”nın baş məşqçisi Ernesto Valverde komandanın hücumçusu Neymarın PSJ-yə keçəcəyi haqda xəbərlərə münasibət bildirib.

Qol.az-ın məlumatına görə, o, Beynəlxalq çempionlar kubokunda “Yuventus”a qalib gəldikləri oyundan sonra İspaniya mətbuatına verdiyi açıqlamada braziliyalı futbolçunu komandada saxlamaq istədiklərini bildirib:

“Barselona” Neymarsız keçinə bilməz. Onun komandaya verdiyi fayda hamıya aydındır. Buna görə də bizimlə qalmasını istəyirik”.

Qeyd edək ki, İspaniya mətbuatı Neymarın təzminat qiymətinin 222 milyon avro olduğu və PSJ-nin bu məbləği də “Barselona”ya verəcəyini yazıb.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi