AFFA FİFA referisi Vüsal Əliyevi yenə ofsayda "saldı"

AFFA FİFA referisi Vüsal Əliyevi yenə ofsayda "saldı"
XƏBƏR 25 Mart 2010 / 15:48 1710
-  A +

AFFA-nın Hakimlər Komitəsi Unibank Premyer Liqasının XXV turunun oyunlarını idarə edəcək hakimlərin adlarını açıqlayıb. Maraqlıdır ki, Hakimlər Komitəsi bu turda da FİFA referisi Vüsal Əliyevə təyinat verməyib.
Qeyd edək ki,«Xəzər Lənkəran» və «Qarabağ» komandaları arasında keçirilmiş ölkə kubokunun 1/4 finalının cavab oyunlarından sonra, Azərbaycan çempionatının oyununda da  V.Əliyevə təyinat verməmişdi. Halbuki buna qədər FİFA referisi demək olar ki, hər turda təyinat alırdı. Sözügedən matçda V.Əliyev qalmaqallı qərarı ilə yadda qalmışdı. Onun «Qarabağ»ın futbolçusu Rəşad Sadiqova göstərdiyi qırmızı vərəqə mübahisə doğurmuşdu. Sonradan AFFA İntizam Komitəsi bu qərarı ləğv edərək sarı vərəqə ilə əvəzləmiş və Hakimlər Komitəsinə Vüsal Əliyevlə bağlı ölçü götürməyi tapşırmışdı.
Qol.Az-ın müxbiri ilə söhbətində AFFA-nın Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov V.Əliyevlə bağlı qərar çıxardıqlarını söyləsə də, bunun mahiyyətini açıqlamaq istəməyib.
 

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi