"Azərbaycanla oyunda şərtlər lehimizə deyil"

"Azərbaycanla oyunda şərtlər lehimizə deyil"
ÖLKƏ FUTBOLU 29 May 2017 / 16:35 4412
-  A +

Şimali İrlandiya yığmasının müdafiəçisi Qaret Makkouli DÇ-2018-in seçmə mərhələsində yığmamızla qarşılaşacaqları oyun haqda danışıb.

Qol.az-ın məlumatına görə, 37 yaşlı futbolçu “Belfast Telegraph”a açıqlamasında Azərbaycanla oyunun çətin keçəcəyini deyib:

"Bu, bizim üçün böyük, çox böyük oyundur. Başa düşürük ki, şərtlər lehimizə deyil. Hava şəraitinin də isti olması bizim üçün çətinlik yaradacaq. Oyunçularımız ağır mövsümdən qayıdıblar. Ancaq özümüzü bu oyuna kökləməliyik. Bütün çətinliklərə qarşı hazır olmalıyıq. Son zamanlar ev oyunarımızda yaxşı nəticə əldə edirik.  Qrupdakı vəziyyət baxımından ən önəmli matçımızdır. 3 xal qazanmaqla sonrakı oyunlar üçün də əla motivasiya əldə edə bilərik".

Qeyd edək ki, Azərbaycan - Şimali İrlandiya görüşü iyunun 10-da, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Daha çox


Son xəbərlər
01.05.24  13:09

Qvardiola peşmandır