“Zenit” Luçeskunu qovdu – rəsmi

“Zenit” Luçeskunu qovdu – rəsmi
XƏBƏR 28 May 2017 / 21:38 5040
-  A +

“Zenit” baş məşqçisi Mirça Luçeskunu istefaya göndərib.

Qol.az-ın xəbərinə görə, bu haqda klubun saytı məlumat yayıb. Bu gün klubun Direktor Şurası rumıniyalı mütəxəssislə müqavilənin vaxtından əvvəl ləğv edilməsi ilə bağlı qərar verib.

Rusiya mətbuatının bu istefa qərarından öncə yaydığı xəbərə görə, gələn həftə italiyalı Roberto Mançini “Zenit”də baş məşqçisi vəzifəsinə gətiriləcək.

Xatırladaq ki, Luçesku Sankt-Peterbrq klubuna ötən mövsümün əvvəli təyin olunmuşdu. Onun rəhbərliyi altında “Zenit” Premyer Liqada üçüncü yeri tutub.

Daha çox


Son xəbərlər