6 həftəlik sıradan çıxdı - “Barselona” açıqladı

6 həftəlik sıradan çıxdı - “Barselona” açıqladı
XƏBƏR 28 May 2017 / 18:40 4907
-  A +

“Barselona”nın müdafiəçisi Havyer Maskerano dünən İspaniya kubokunun “Alaves”ə qarşı final matçında (3:1) zədə alıb.

Qol.az-ın xəbərinə görə, bu haqda klubun saytı məlumat yayıb. Dizindən zədələnən argentinalı futbolçunun 6 həftəlik sıradan çıxdığı bildirilib. Bundan baçqa, oyunun gedişatında Maskerano Markos Lyorente ilə toqquşub. Bu zaman başından qaç açılan futbolçu meydanı xərəkdə tərk edib.

Beləliklə, zədəsi səbəbindən Argentina millisinin üzvünün Braziliya (9 iyun) və Sinqapurla (13 iyun) yoxlama matçlarını buraxacağı dəqiqləşib.

Daha çox


Son xəbərlər