“Zenit” Mançini ilə danışıqlar aparır

“Zenit” Mançini ilə danışıqlar aparır
XƏBƏR 28 May 2017 / 18:10 2343
-  A +

İtaliyalı mütəxəssis Roberto Mançini “Zenit”i çalışdıra bilər.

Qol.az-ın “La Gazzetta dello Sport”a istinadən yaydığı xəbərə görə, tərəflər arasında aparılan danışıqların birinci mərhələsi müsbət nəticələnib.

Bundan öncə Rusiya mətbuatı yazıb ki, Avropada səfərdə olan Sankt-Peterburq klubunun prezidenti Sergey Fursenko Mançiniyə “Zenit”i çalışdırmağı təklif edib. İtaliyalı mütəxəssis təklifdən imtina etməsə də, PSJ də daxil bir neçə komandadan dəvət aldığını deyib.

Xatırladaq ki, Mirça Luçeskunun rəhbərliyi altında “Zenit” son mövsüm Rusiya Premyer Liqasında 3-cü yeri tutub.

Daha çox


Son xəbərlər