“Bu vaxta qədər U-23 milli komandası mövcud deyildi. IV İslam Həmrəyliyi Oyunlarında iştirakla əlaqədar bu komanda yaradıldı və AFFA rəhbərliyi baş məşqçi vəzifəsini mənə həvalə etdi. Buna görə assosiasiya rəhbərliyinə təşəkkür edirəm".
Qol.az-ın məlumatına görə, bu sözləri 23 yaşadək futbolçulardan ibarət millimizin baş məşqçisi Yaşar Vahabzadə AFFA-nın saytına açıqlamasında deyib.
"Təyinatıma təkan verən məqamlardan biri yaşla əlaqədar heyətə cəlb edilən futbolçuları yaxından tanımağım, onların əksəriyyətinin bir müddət əvvəl rəhbərliyim altında U-21-in rəsmi oyunlarında iştirak etmələri oldu. AFFA tərəfindən komandanın hazırlıq keçməsi üçün hər cür şərait yaradılsa da, vaxtımız az olduğundan və ölkə çempionatı davam etdiyindən cəmi 2 dəfə qısamüddətli təlim-məşq toplanışı təşkil etdik. Turnirin Əsasnaməsinə görə heyətə 23 yaşdan böyük 3 futbolçu cəlb edə bilərdik ki, bu seçimi edərkən də əsas millinin baş məşqçisi Robert Prosineçki ilə məsləhətləşdik. Yığmanın üzvləri - Ağabala Ramazanov və Ruslan Abışovun U-23-ə kömək etməsinə şərait yaratdığına görə, baş məşqçiyə təşəkkür edirəm" - deyə o bildirib.
Millimizin baş məşqçisi deyib ki, İslamiadada ən güclü rəqiblər millimizin qrupda toplaşmışdı: "Oyunlar zamanı da bunun şahidi olduq. Təbii ki, yarışa qatılan zaman komandanın qarşısına konkret hədəflər qoyulmuşdu. İlk işimiz yarımfinala yüksəlmək idi. Oyunlar komandamızın buna hazır olduğunu göstərdi. Düzdür, 7 futbolçunun milliyə digərləri ilə müqayisədə gec qoşulması birinci oyunda sözünü dedi. Amma tədricən problemlər aradan qaldırıldı və sonrakı oyunlarda gücümüzü göstərə bildik. Mayın 8-dən 21-dək olan müddətdə 5 oyun keçirdik ki, onlardan da 3-ü süni meydançada baş tutdu. Belədə futbolçulardan yüksək fiziki hazırlıq tələb olunurdu. Üstəlik, əsas heyətdə çox dəyişiklik etmirdik. Maksimum bir-iki əvəzetməyə əl atırdıq. Final oyununda Vüqar Mustafayevin meydana çıxmaması zədəsi ilə bağlı idi. Hətta oyunöncəsi məşqdə onu bir də yoxladıq, amma ağrıları meydana çıxmağa imkan vermədi. Halbuki özü də oynamağı çox istəyirdi".
Y.Vahabzadə final oyununda isə yalnız qalib gəlmək haqda düşündüklərini söyləyib: " İşimizin öhdəsindən layiqincə gəldiyimizə görə futbolçularımıza, məşqçi heyətinə, komandaya ilk gündən dəstək olan azarkeşlərə, AFFA rəhbərliyinə təşəkkür edirəm. Dünən ölkə başçısı cənab İlham Əliyev qalib idmançılarla görüşdü. Cənab Prezident qalib idmançıları təbrik etdi, Təşkilat Komitəsinə təşəkkürünü bildirdi. Sonda idmançılarla xatirə şəkli çəkdirdi. Daha doğrusu, komanda ilə şəkil çəkdirilən zaman mən kənarda dayanmışdım. Sonra Prezidentə yaxınlaşdım və qısa dialoqumuz oldu, şəkil çəkdirdik. Cənab Prezident məni də təbrik etdi. Təbii ki, ölkə başçısından xoş sözlər eşitmək sevindiricidir. Ölkəmizdə idmanın inkişafı üçün yaratdığı şəraitə görə cənab Prezidentə minnətdaram”.
PSJ prezidenti: "Super Liqa mənim üçün mövcud deyil"
Muslera milli karyerasını başa vurdu
Azərbaycan boksçusundan bürünc medal - Avropa çempionatı
Şahmat üzrə Azərbaycan çempionu bəlli oldu
“Sabah” bölgələrdə seçimlərə başlayacaq
Futzal üzrə Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
Azərbaycan cüdoçusu Avropa çempionatının finalında uduzdu
"Sabah" Gənclər Liqasının qalibi oldu
"Karvan" və "İmişli"dən qələbə, lider xal itirdi
Azərbaycanın U-17 millisi Özbəkistana uduzdu
Əliyar Ağayev Fatih Terimin komandasının oyununda
Xavi qərarını niyə dəyişdi?
La Liqanın bəzi oyunları ABŞ-da keçiriləcək
PSJ-nin prezidenti "Qarabağ"ı təbrik etdi - Video, Şəkillər
İstanbul derbisinin hakimi bilindi
Hakimi təhqir etdiyi üçün cəzalandırıldı
"Qəbələ"nin futbolçusu əməliyyat olundu
PFL hakim təyinatlarını açıqladı
Klopp üzr istədi
Kroos: "Ançelotti bizə yalan danışdığını dedi"
"Yayda nələr olacağını birlikdə görəcəyik" - Musa Qurbanlı
İndi ən vacib xəbərlər telefonunuza gələcək!
Finalda təkrarlanan 6-cı cüt
“Qarabağ” “Neftçi”yə çatdı
Azərbaycan kubokunda yeni rekord
"Barselona" Xavi ilə bağlı qərarı açıqladı
İtaliya kubokunda 2-ci finalçı da bilindi
"Liverpul"a çempionluq yolunda zərbə
Yurgen Kloppu Arne Slot əvəzləyə bilər
"Ola bilər ki, həvəssizlik olsun" - Qurban Qurbanov
"Qarabağ" - "Neftçi" oyunundakı 5 qol - Video
Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
"Qəbələ"də 300-cü oyun