Qızıl da "Çelsi"yə getdi, “Qızıl əlcək” də

Qızıl da "Çelsi"yə getdi, “Qızıl əlcək” də
XƏBƏR 21 May 2017 / 22:13 4004
-  A +

“Çelsi”nin qapıçısı Tibo Kurtua İngiltərə Premyer Liqasının yekununa əsasən, “Qızıl əlcək” mükafatına layiq görülüb.

Qol.az-ın xəbərinə görə, bu haqda Premyer Liqanın rəsmi Tvitter səhifəsi məlumat yayıb.

Belçikalı futbolçu bu mövsüm 16 quru oyun keçirib. O, Uqo Lyoris (“Tottenhem”, 15 oyun) və David de Xeanı (“Mançester Yunayted”,14) qabaqlayıb.

Kurtua 2014-cü ildən sonra bu mükafatı qazanan ilk “Çelsi”li qapıçı olub. Həmun il “Qızıl əlcəy”ə Peter Çex layiq görülmüşdü.

Xatrladaq ki, bu mövsüm Premyer Liqanın qızıllarını da "Çelsi" qazanıb.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi