Boks millimizdən 5-ci medal

Boks millimizdən 5-ci medal
XƏBƏR 18 May 2017 / 19:30 2002
-  A +

IV İslam Həmrəyliyi Oyunları çərçivəsində keçirilən boks yarışlarında Azərbaycan millisinin aktivinə növbəti medal yazılıb.

Azərbaycan Boks Federasiyasından Qol.az-a verilən məlumata görə, komandamızın heyətində 5-ci mükafata Rauf Rəhimov (81 kq) yiyələnib.

Finalda Arslanbek Açilova (Türkmənistan) 1:4 hesabı ilə məğlub olan boksçumuz ikinci yerlə kifayətlənib. Bu çəki dərəcəsində bürünc medallar Abdelrahman Abdelqəvvəd (Misir) və Cem Karlıdağa (Türkiyə) qismət olub.

Qeyd edək ki, yğmamızın heyətində Rəhimovadək Cavid Çələbiyev (60 kq) qızıl, Tamerlan Abdullayev (69 kq), Kamran Şahsuvarlı (75 kq) gümüş, Tayfur Əliyev (56 kq) bürünc medal qazanıblar.


Son xəbərlər
03.05.24  17:16

Bir dövrün sonu

02.05.24  20:40

Avro-2024-ü buraxacaq