“Monako” çempion!

“Monako” çempion!
DÜNYA FUTBOLU 18 May 2017 / 01:30 3577
-  A +

“Monako” Fransa Liqasında 2016-2017 mövsümünün qalib olub.

Qol.az-ın xəbərinə görə, "knyazlıq klubu" çempionluğunu 37-ci turda öz meydanında "Sent Etyen"lə qarşılaşdığı oyunda rəsmiləşdirib.

Rəqibinə 2:0 hesabı ilə qalib gələn Leonardo Jardimin komandası mövsümün sonuna bir tur qalmış  çempion adını qazanıb.

"Monako" bu qələbə sayəsində xallarını 92-yə yüksəldib və ən yaxın izləyicisi PSJ-ni 6 xal qabaqlayıb.

"Monako" - "Sent Etyen" 2:0
Qollar:
Kilian Mbappe, 19, Valere Jermen, 90+3

Son xəbərlər
01.05.24  13:09

Qvardiola peşmandır