"Suonsi" ilə matçda oynaya bilərəm" - Mourinyo

"Suonsi" ilə matçda oynaya bilərəm" - Mourinyo
XƏBƏR 28 Aprel 2017 / 21:33 3649
-  A +

"Mançester Yunayted"in baş məşqçisi Joze Mourinyo İngiltərə Premyer Liqasında "Suonsi" ilə oyun öncəsi açıqlama verib.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, portuqaliyalı mütəxəssis komandada zədəli futbolçuların çoxluğundan şikayətlənib.

"Müdafiənin mərkəzində Erikdən başqa zədəli olmayan futbolçu yoxdur.  Aksel Tuanzebe və Blind digər alternativləridr. Onlar birgə yaxşı oynayırlar. Ancaq yenə də özlərini necə hiss etdiklərini soruşmalıyam. Son vaxtlar məşqlərdə çox ciddi çalışmışam. Ola bilər ki, "Suonsi" ilə qarşılaşmada özüm oynayaram".

Qeyd edək ki, hazırda "MY"nın heyətində Fosu-Mensah, Zlatan İbrahimoviç, Pol Poqba, Xuan Mata, Markos Roxo, Kris Smollinq və Fil Cons zədəlidirlər.


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi