İbrahimoviçdən karyerası ilə bağlı önəmli açıqlama

İbrahimoviçdən karyerası ilə bağlı önəmli açıqlama
DÜNYA FUTBOLU 24 Aprel 2017 / 11:08 3928
-  A +

"Mançester Yunayted"in hücumçusu Zlatan İbrahimoviç futbolçu karyerasını başa vuracağı iddialarına münasibət bildirib.

Qol.az-ın məlumatına görə, bununla bağlı o, "İnstagram" hesabından yazıb. İsveçli hücumçu futboldan getməyi düşünmədiyini vurğulayıb:

"Əvvəlcə mənə dəstək olanlara təşəkkür edirəm. Artıq dəqiqdir ki, zədə səbəbindən bir müddət oynamayacağam. Ancaq yaşıl meydanlara daha güclü qayıdacağam. Nə vaxt futbolçu karyeramı başa vuracacağımı ilə bağlı qərarı özüm verəcəm. Ancaq hələ bu barədə düşünmürəm".

Qeyd edək ki, Z.İbrahimoviç Avropa Liqasının 1/4 finalında "Anderlext"lə cavab oyununda zədələnib. Onun təxminən gələn ilin yanvar ayına kimi oynamayacağı gözlənilir.


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi