Ağasəlim Mircavadov: «Hələ heç nə bitməyib»

Ağasəlim Mircavadov: «Hələ heç nə bitməyib»
ÖLKƏ FUTBOLU 7 Mart 2010 / 16:30 2285
-  A +

«Kubok oyunları iki qarşılaşmadan ibarətdir. Bizim üçün hələ heç nə bitməyib». Qol.Az-ın məlumatına görə, bu sözləri «Qarabağ»a qarşı bu gün Quzanlı qəsəbəsində keçiprilən oyundan sonrakı mətbuat konfransında «Xəzər Lənkəran»ın baş məşqçisi Ağasəlim Mircavadov deyib: «Biz indi növbəti oyun barədə fikirləşirik. Təbii ki, bizə ancaq qələbə sərf edir».
A.Mircavadov meydançanın ot örtüyünün və güclü küləyin istədikləri oyunu nümayiş etdirməyə mane olduğunu bildirib: «Hər iki komandanın mübariz oyunundan isə razı qaldım. «Qarabağ»ı təbrik edirəm».
Xatırladaq ki, Azərbaycan kubokunun 1/4 final mərhələsinin bu gün keçirilən «Qarabağ» - «Xəzər Lənkəran» oyunu 2:1 hesabı ilə meydan sahiblərinin qələbəsilə başa çatıb.

Daha çox


Son xəbərlər
03.05.24  17:16

Bir dövrün sonu

02.05.24  20:40

Avro-2024-ü buraxacaq