Türkiyə millisinin məşqçisi: «Qrupda yeganə ciddi rəqibimiz Almaniyadır»

Türkiyə millisinin məşqçisi: «Qrupda yeganə ciddi rəqibimiz Almaniyadır»
DÜNYA FUTBOLU 3 Mart 2010 / 11:06 2709
-  A +

«Avro-2012»nin seçmə mərhələsində Azərbaycanın rəqibi olan Türkiyə millisi bu gün öz meydanında Honduras komandası ilə yoxlama oyunu keçirəcək. Qol.Az-ın məlumatına görə, matçdan bir gün əvvəl keçirilən mətbuat konfransında Türkiyə millisinin baş məşqçi köməkçisi Oğuz Çətin seçmə mərhələdəki rəqibləri ilə bağlı da fikirlərini açıqlayıb. Oğuz Çətin qrupda onlar üçün yeganə ciddi rəqibin Almaniya komandası olduğunu söyləyib. «Amma digər oyunlara da yaxşı hazırlaşmalıyıq. Bizim hədəfimiz Avropa çempionatının final mərhələsinə qatılmaqdır. Bu halda orda nələr edəcəyimizi təxmin etmək mümkündür».


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi