Əfsanə 71 yaşında

Əfsanə 71 yaşında
XƏBƏR 23 Fevral 2017 / 11:30 1925
-  A +

Bu gün Azərbaycanın böyük futbolçusu Anatoli Banişevskinin  71 illiyidir.

1946-cı ildə Bakıda anadan olan  Banişevski 1964-1978-ci illərdə “Neftçi”də çıxış edib. 1966-cı ilin bürünc mükafatçısı SSRİ-nin nəhəng klublarının təkliflərini rədd edib və karyerasının sonunadək “Neftçi”yə sadiq qalıb.

O, “ağ-qaralar”ın heyətində 318 oyun keçirib, 136 qol vurub. 1965-1972-ci illərdə SSRİ yığma komandasının formasını geyinən hücumçu 1972-ci il Avropa çempionatının gümüş medalını qazanıb. 1981-1982-ci illərdə “Neftçi”nin məşqçisi olan Anatoli Banişevski 1996-cı ildə “Şöhrət ordeni” ilə təltif olunub.

Əfsanəvi futbolçu 1997-ci ilin dekabrın 9-da 51 yaşında dünyasını dəyişib.


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi