Kamran "Porto"ya qarşı oynamayacaq

Kamran "Porto"ya qarşı oynamayacaq
XƏBƏR 22 Fevral 2017 / 16:34 2660
-  A +

Milli komandamızın  qapıçısı Kamran Ağayev “Boavişta”nın növbəti matçında iştirak etməyəcək.

Qol.az-ın Portuqaliya mətbuatına istinadən yaydığı xəbərə görə, ayaq əzələsində ağrılar olan Ağayev dünən tibbi müayinədən keçib və həkimlər ona oyuna çıxmamağı məsləhət görüb.

Son iki turda “18-liy”ə düşməyən 31 yaşlı qolkiper fevralın 26-da “Porto” ilə keçiriləcək oyunda da iştirak etməyəcək.

Qeyd edək ki, “Bovişta”da çıxış edən millimizin daha bir üzvü – Emin Mahmudov isə zədə səbəbindən 3 həftə oynaya bilməyəcək.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi