Ronaldo Çempionlar Liqasında birincidi – təkcə qollara görə deyil...

Ronaldo Çempionlar Liqasında birincidi – təkcə qollara görə deyil...
DÜNYA FUTBOLU 16 Fevral 2017 / 14:00 5329
-  A +

“Real”ın hücumçusu Kriştiano Ronaldo Çempionlar Liqasında verdiyi qol ötürmələrinin sayına görə birinci pilləyə yüksəlib.

Qol.az “Statbunker”ə istinadən xəbər verir ki, dünən ÇL-ın 1/8 final mərhələsinin “Napoli”yə qarşı oyununda (3:1) portuqaliyalı Toni Krossa məhsuldar ötürmə edib. Bununla da Ronaldonun ÇL-də qolla nəticələnən ötürmələrinin sayı 31-ə çatıb. Beləliklə də o indiyədək siyahıda birinci olan “Mançester Yunayted”Li Rayan Giggzi (30) geridə qoyub.

Bu göstəricidə üçüncü yeri “Barselona”lı Lionel Messi (24) tutur. “Arsenal”lı Məsut Özül və “Manşester Yunayted”in oyunçusu Zlatan İbrahimoviç hərəyə 22 qol ötürməsi edib.  


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi