“Dedim, “korsan, görmürsən?”

“Dedim,  “korsan, görmürsən?”
XƏBƏR 22 Noyabr 2011 / 14:14 2466
-  A +

“Karvan” klubunun futbolçusu Murad Ağakişiyev AFFA-nın İntizam Komitəsi tərəfindən sərt cəzaya məruz qalmasına münasibət bildirib.

Qeyd edək ki, komitənin bugünkü qərarına əsasən, M.Ağakişiyev birinci divizionda keçirilən «Neftçala» - «Karvan» oyununda hakim Anar Niyazovu təhqir etdiyi üçün 4 oyunluq cəzaya məruz qalıb.

Qol.Az-ın müxbirilə söhbətində isə M.Ağakişiyev hakimi təhqir etmədiyini iddia edib: “Həmin epizodda top hakimin gözü qarşısında rəqib futbolçunun əlinə dəydi. Mən də hirsli şəkildə etirazımı bildirərək dedim ki,  “korsan, görmürsən?”. Yəqin bu sözümü başqa cür başa düşüblər”.

Ağakişiyev “Neftçala” ilə matçda hakimin onların əleyhinə qərarlar verdiyini deyib: “Əgər oyunu izləsəydiniz, görərdiniz ki, hakim həmin matçda hansı oyunlardan çıxdı. Sadəcə gülməli idi. Oyunçumuzun başını yardılar, hakim heç bir reaksiya vermədi. Gərək matçı izləyərdiniz.  Oyun ərzində o qədər belə anlar yaşandı ki”.

 


Son xəbərlər