"Meydanda yaxşı olan tərəf biz idik. Yaxşı mübarizə apardıq, sürətli oynadıq. Üstünlük bizdə idi, ancaq birinci hissənin sonunda qapımızdan qol buraxdıq. Qol epizodları yaratmağımıza baxmayaraq, şanssız tərəf idik. Bizim günümüz deyildi".
Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, bu sözləri Almaniya millisinin baş məşqçisi Yoahim Löv "Avro-2016"nın yarımfinalında Fransaya 0:2 hesabı ilə uduzduqları oyundan sonra deyib.
"Zədəli futbolçularımız var idi. Xedira və Qomes zədəli, Hummels isə cəzalı duruma düşmüşdü. Boatenq də qarşılaşmanın gedişatında zədələnərək meydanı tərk etdi. Digər oyunçularım əllərindən gələni etdilər, amma bəs etmədi. Komandamı günahlandıra bilmərəm. Çünki bütün güclərini ortaya qoydular. Fransa layiqli qələbə qazandı" - deyə o bildirib.
Y.Löv Fransa və Portuqaliya arasında keçiriləcək final oyunu haqda da danışıb:
"Fransanın finalda Portuqaliyanı məğlub edəcəyini düşünürəm. Portuqaliyanın indiyə kimi oyunu məni məmnun etmədi".
"Karvan-Yevlax"dan getdi
PSJ-də yeni müqavilə
"Vestri" - "Qarabağ": Heyətlər
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
“Qarabağ”ın oyunu canlı yayımlanacaq
"Məni marketinq aləti yox, futbolçu kimi görsünlər"
"Zirə" növbəti mərhələyə yüksəldi
Messi DÇ-2026-da bu göstəricidə hamını qabaqlayır
Reşford "Fənərbaxça"ya gələcək?
Yamal final öncəsi məşqi buraxdı
Əsas heyət üçün sabiq klubuna qayıdır
Argentina dünya çempionatı bitənə qədər cəzalandırılmayacaq
15 yaşlı qazaxıstanlı futbolçu “Barselona”da
“Zirə” - “Torpedo” matçının heyətləri açıqlandı
"Arsenal" ən məhsuldar oyunçunu hədəfə aldı
FİFA-dan DÇ-2026 finalı ilə bağlı yeni plan
Kukurelladan mundialla bağlı maraqlı vəd
Tuxel qalır, yoxsa gedir?
"Kəpəz"dən növbəti transfer