İstanbul terrorunun qurbanları "Avro-2016"da anılacaq

İstanbul terrorunun qurbanları "Avro-2016"da anılacaq
AVRO-2016 30 İyun 2016 / 20:04 4020
-  A +

Türkiyənin Atatürk hava limanında baş verən terrorda həlak olanların xatirəsi “Avro-2016”nın oyununda anılacaq.

Qol.az-ın məlumatına görə, UEFA bu barədə qərar verib.

Bu gün keçiriləcək Polşa – Portuqaliya oyunundan əvvəl İstanbulda həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək.

Qeyd edək ki, UEFA əvvəlcə buna ehtiyac duymamışdı. Lakin Türkiyə Futbol Federasiyasının prezindenti Yıldırım Demirörenin işə qarşımasından sonra UEFA lazımi addımı atıb.

Son xəbərlər
topaz banner