İtaliya millisində ciddi itkilər

İtaliya millisində ciddi itkilər
AVRO-2016 29 İyun 2016 / 17:50 6702
-  A +

“Avro-2016”nın 1/4 finalında Almaniya ilə qarşılaşacaq İtaliya millisi oyuna ciddi itkilərlə çıxacaq.

Qol.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, İspaniya ilə oyunda zədələnən komandanın aparıcı üzvü Daniele de Rossi məşqlərdə iştirak edə bilmir. Onun növbəti oyunu buraxacağı dəqiqləşib.

Zədə səbəbindən İspaniya ilə oyunu buraxan Antonio Kandrevanın durumu isə daha pisdir. Onun ən azı 10 gün meydana çıxa bilməyəcəyi məlum olub. Rəqib komandanın düşərgəsində isə hələlik heç bir itki yoxdur.

Qeyd edək ki, Almaniya – İtaliya oyunu iyulun 2-də keçiriləcək.

Son xəbərlər
topaz banner