Konte İspaniya üzərində qələbədən danışdı

Konte İspaniya üzərində qələbədən danışdı
AVRO-2016 28 İyun 2016 / 00:40 7038
-  A +

“İtaliya futbolunun ən yaxşı dönəmi deyil. Ancaq biz döyüşkən bir komanda yaratdıq. Bizimlə müqayisədə İspaniya futbolu hazırda daha irəlidədir. Belə bir komandaya qalib gəldiyimiz üçün futbolçularımla qürur duyuram”.

Qol.az-ın məlumatına görə, bu sözləri İtaliya millisinin baş məçqçisi Antonio Konte İspaniyaya qalib gəldikləri oyundan (2:0) sonra keçirdiyi mətbuat konfransında deyib.

“Avro-2016”nın 1/4 finalında Almaniya ilə qarşılaşacaqları oyun haqda da danışan Konte bu görüşün daha çətin olacağını bildirib:

“Almaniya ilə oyun da çox çətin olacaq. Həmin gün fövqəladə bir oyun oynamalıyıq. Məncə, Almaniya bütün komandalardan güclüdür”.

Son xəbərlər
topaz banner