“Avro-2016”da hər iki oyunu uduzmasına baxmayaraq, Türkiyə milli komandası yarışda mübarizəni davam etdirmək şansını hələ də saxlayır.
Qol.az-ın xəbərinə görə, Farih Terimin komandası ən yaxşı qrup üçüncüsü olacaq 4 komandadan biri kimi 1/8 finala vəsiqə qazana bilər. Bunun üçün türkərin ilk növbədə bu gün çexlərlə qrupdakı son oyunda iki top fərqi ilə qalib gəlməsi mütləqdir. Yalnız bu halda
- Türkiyə 3 xal toplayacaq, qol nisbəti -2 olacaq və onlar A qrupunun üçüncüsü olan və top nisbəti -2 olan albanlara çatacaq
- Türklər yarışda 2 qol vurduğu üçün albanları üstələyəcək (albanlar qrupda cəmi 1 qol vurub).
Amma bu da son deyil. Türklərin “xoşbəxt dördlüyə” düşməsi üçün E qrupundakı iki matçın nəticələri də xüsusi əhəmiyyət daşıyır. Bunun üçün
- Qrup birincisi və artıq 1/8 finala vəsiqəni təmin edən İtaliya 1 xalı olan İrlandiyaya, 3 xalla ikinci olan Belçika isə 1 xalı olan digər komanda – İsveçə uduzmamalıdır.
Belə olan halda Türkiyə həmin qrupun üçüncüsü, eləcə də Albaniyanı geridə qoyaraq 1/8 finala yüksələcək.
MÖCÜZƏ TƏKRARLANACAQMI?
Xatırladaq ki, Türkiyə millisi “Avro-2016”nın final mərhələsinə az qala möcüzə sayəsində düşmüşdü. Seçmə mərhələnin son turunda türklərin ən yaxşı qrup üçüncüsü kimi Fransaya getməsi üçün Terimin komandasının öz qruplarında İslandiyanı, Qazaxıstanın Latviyanı məğlub etməsi, C qrupunda isə İspaniyanın Ukraynaya uduzmaması lazım idi. Bu üç ehtimal da gerçəkləşdiyi üçün türklər “Avro-2016”ya birbaşa vəsiqə qazanmışdı.
İsmail Kartal: “Məyusuq”
Valdas Dambrauskas: “Futbolçularımla fəxr edirəm”
“Sabah” layiqli mübarizə apardı. Təbriklər!” - Niko Kovaç
“Sabah” – “Borussiya” matçının ən yaxşı oyunçusu kim oldu?
"Fənərbaxça" son anda qələbəni əldən verdi
Yaxşı mübarizə, məyusedici nəticə
Keyn liderdir, siyahıda başqa kimlər var?
“Fənərbaxça”nın futbolçusu sıradan çıxdı
“El Klasiko”ya təyin olunan hakim dəyişdirilir?
"Turan" voleybol klubundan ÇL-də uğurlu debüt
36 yaşında karyerasını bitirir
Baş məşqçi stadiondan şikayətləndi
"Fənərbaxça" - "Slaviya" matçının heyətləri açıqlandı
"Sabah" - "Borussiya": Heyətlər
2-ci liqada 8-ci tura yekun vuruldu
Elvin həkim nəzarətində məşqə çıxdı - Şəkillər
“Mançester Yunayted”də ciddi itki
Azərbaycanın U-15 millisinin dünya çempionatı üçün heyəti