Türkiyə millisinin baş məşqçisi Fatih Terim “Avro-2016”nın D qrupunda Çexiya ilə qarşılaşacaqları oyun üçün mətbuat konfransı keçirib.
Qol.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, komandasının uğursuz çıxışları haqda sualları cavablandıran mütəxəssis sərt açıqlamalar verib:
“Dünənki məşqdə bir az sakit idim. Ancaq unutmayın ki, mən də insanam. Bunun oyunçularla əlaqəsi yoxdur. Mənim kimi təcrübəsi olan məşqçilər bəzən futbolçulardan gözlədiyini ala bilmir. Hələ böyüməyən, ancaq böyüdüyünü düşünən futbolçuların hamısının üzərində əməyim var. Bu heyəti mən qurmuşam. Ona görə də cəzasını ödəməyə hazıram. Onu da deyim ki, utanmalı olsan biri varsa, o mən deyiləm. Utanmalı olanlar bu komandanı bu hala gətirənlərdir”.
Fatih Terim son günlər qızı da daxil olmaqla ailəsinə qarşı təhqiramiz sözlər deyənlərə də cavab verib: “Kimsənin haqqı kimsədə qalmaz. Buna əmin olun. Bəzən düşünürəm ki, ailəmə bunu yaşatmaq haqqım varmı? Ailəmə haqsızlıq etməyə ixtiyarım yoxdur. İndiyədək heç kimə ailəmə toxunmağa icazə vermədim, bundan sonra da vermərəm. Məni təhqir edənlərlə məhkəmədə görüşərik”.
Çexiya ilə oyun haqda isə Terim bunları bildirib: “Bizi Çexiya ilə ilginc bir oyun gözləyir. Heç-heçə qeydə alınsa, hər iki komanda turnirdən kənarda qalacaq. Onlar qalib gəlsələr, 1/8 finala vəsiqəni təmin edəcəklər. Biz qalib gəlsək, mərhələ adlamaq şansımızı saxlayacağıq. Bir sözlə oyun şahmat kimi olacaq.
F.Terim çıxışının sonunda deyib: “Ya biz bitdi deyəcəyik bitəcək, ya da bitmədi deyəcəyik bitməyəcək”.
"Karvan-Yevlax"dan getdi
PSJ-də yeni müqavilə
"Vestri" - "Qarabağ": Heyətlər
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
“Qarabağ”ın oyunu canlı yayımlanacaq
"Məni marketinq aləti yox, futbolçu kimi görsünlər"
"Zirə" növbəti mərhələyə yüksəldi
Messi DÇ-2026-da bu göstəricidə hamını qabaqlayır
Reşford "Fənərbaxça"ya gələcək?
Yamal final öncəsi məşqi buraxdı
Əsas heyət üçün sabiq klubuna qayıdır