"Avro-2016"da qrup mərhələsinin III turunun oyunları davam edir.
Qol.az-ın məlumatına görə, D qrupunda iki oyun keçirilib.
Turnirə olduqca uğursuz başlayan Türkiyə millisi qrupda son matçına çıxıb. Fatih Terimin komandası Çexiya ilə üz-üzə gəlib. "Ay ulduzlular" 2:0 hesabı ilə qalib gələrək 1/8 finala çıxmaq şansını saxlayıb. Türklər digər qruplardakı nəticələri gözləməlidir. Cəmi 1 xal toplayan Çexiya millisi isə turnirlə vidalaşıb.
Qrupun digər görüşündə Xorvatiya son Avropa çempionu İspaniya ilə münasibətlərinə aydınlıq gətirib. Qrup lideri olan ispanları bu matçda heç-heçə də qane edəcəkdi. Lakin xorvatlar güclü rəqibinə qalib gələrək (2:1) qrup liderliyinə yüksəlib.
D qrupu
23:00. Çexiya – Türkiyə - 0:2
Qol: Burak Yılmaz, 10 (0:1), Ozan Tufan, 65 (0:2)
Baş hakim: Villaim kollum (Şotlandiya)
Yan xətt hakimləri: Damien Makqreyt (İrlandiya), Fransis Konnor (Şotlandiya)
Əlavə köməkçi hakimlər: Bobbi Maden, Con Biton (hər ikisi Şotlandiya)
Dördüncü hakim: Sergey Lapoçkin (Rusiya)
Lans. "Bollart-Delelis" stadionu.
23:00. Xorvatiya - İspaniya - 2:1
Qol: Alvaro Morata, 7 (0:1), Kaliniç, 45 (1:1), Perişiç, 87 (2:1)
Baş hakim: Byörn Kuypers
Yan xətt hakimləri: Sander van Roekel və Ervin Zeinstra
Əlavə köməkçi hakimlər: Pol van Boekel (hamısı Hollandiya)
Dördüncü hakim: Viktor Kaşşai (Macarıstan)
Bordo. "Bordo" stadionu.
| N | Komandalar | O | Q | H | M | T-F | X |
| 1 | Xorvatiya | 3 | 2 | 1 | 0 | 5-3 | 7 |
| 2 | İspaniya | 3 | 2 | 0 | 1 | 5-2 | 6 |
| 3 | Türkiyə | 3 | 1 | 0 | 2 | 2-4 | 3 |
| 4 | Çexiya | 3 | 0 | 1 | 2 | 2-5 | 1 |
İsmail Kartal: “Məyusuq”
Valdas Dambrauskas: “Futbolçularımla fəxr edirəm”
“Sabah” layiqli mübarizə apardı. Təbriklər!” - Niko Kovaç
“Sabah” – “Borussiya” matçının ən yaxşı oyunçusu kim oldu?
"Fənərbaxça" son anda qələbəni əldən verdi
Yaxşı mübarizə, məyusedici nəticə
Keyn liderdir, siyahıda başqa kimlər var?
“Fənərbaxça”nın futbolçusu sıradan çıxdı
“El Klasiko”ya təyin olunan hakim dəyişdirilir?
"Turan" voleybol klubundan ÇL-də uğurlu debüt
36 yaşında karyerasını bitirir
Baş məşqçi stadiondan şikayətləndi
"Fənərbaxça" - "Slaviya" matçının heyətləri açıqlandı
"Sabah" - "Borussiya": Heyətlər
2-ci liqada 8-ci tura yekun vuruldu
Elvin həkim nəzarətində məşqə çıxdı - Şəkillər
“Mançester Yunayted”də ciddi itki
Azərbaycanın U-15 millisinin dünya çempionatı üçün heyəti
Xəyal etdi, inandı, qazandı
AFFA İntizam Komitəsinin qərarları açıqlandı