"Avro-2016"da qrup mərhələsinin III turunun oyunları davam edir.
Qol.az-ın məlumatına görə, bu gün C qrupunda iki oyun keçirilib.
Qrupun lideri Almaniya Şimali İrlandiya ilə qarşılaşıb. 1/8 finala lider kimi yollanmaq istəyən almanlar bu görüşdə qalib ayrılmağa çalışacaqdı ki, buna da nail olub. Mario Qomezin 30-cu dəqiqədə vurduğu qol almanlara minimal hesablı qələbə qazandırıb. Bununla da, Bundestim qrup mərhələsini qalib başa vurub.
Digər oyunda keçirdiyi hər iki görüşdə meydanı məğlub tərk edən Ukrayna Polşa ilə üz-üzə gəlib. Ukrayna yığmasının az da olsa 1/8 finala yüksəlmək şansı var idi. Lakin üçüncü görüşündə də meydandan məğlub ayrılan ukaynalılar turrnirlə vidalaşıb. Rəqibinə 1:0 hesabı ilə qalib gələn Polşa isə qrup ikincisi kimi 1/8 finala adlayıb. Üç xalında qalan Şimali İrlandiyanın 1/8 finala yüksəlib-yüksəlməyəcəyinə qrup mərhələsinin oyunlarına yekun vurulduqdan sonra aydınlıq gələcək.
C qrupu
20:00. Şimali İrlandiya - Almaniya - 0:1
Qol: Mario Qomez, 30 (0:1)
Hakimlər: Kleman Turpen
Yan xətt hakimləri: Frederik Kano və Nikolas Danos
Əlavə köməkçi hakimlər: Benoit Bastien, Fredi Fautrel (hamısı Fransa)
Dördüncü hakim: Slavko Vinçiç (Sloveniya)
Paris. "Park de Prins" stadionu.
20:00. Ukrayna – Polşa - 0:1
Qol: Blaşikovski, 54 (0:1)
Baş hakim: Svein Oddvar Moen
Yan xətt hakimləri: Kim Tomas Haaqlund və Drank Andas
Əlavə köməkçi hakimlər: Ken Henri Consen və Svein-Erik Edvartsen (hamısı Norveç)
Dördüncü hakim: Hüseyn Göçek (Türkiyə)
Marsel. "Velodrom" stadionu.
N
Komandalar
O
Q
H
M
T-F
X
1
Almaniya
3
2
1
0
3-0
7
2
Polşa
3
2
1
0
2-0
7
3
Şimali İrlandiya
3
1
0
2
2-2
3
4
Ukrayna
3
0
0
3
0-5
0
İsmail Kartal: “Məyusuq”
Valdas Dambrauskas: “Futbolçularımla fəxr edirəm”
“Sabah” layiqli mübarizə apardı. Təbriklər!” - Niko Kovaç
“Sabah” – “Borussiya” matçının ən yaxşı oyunçusu kim oldu?
"Fənərbaxça" son anda qələbəni əldən verdi
Yaxşı mübarizə, məyusedici nəticə
Keyn liderdir, siyahıda başqa kimlər var?
“Fənərbaxça”nın futbolçusu sıradan çıxdı
“El Klasiko”ya təyin olunan hakim dəyişdirilir?
"Turan" voleybol klubundan ÇL-də uğurlu debüt
36 yaşında karyerasını bitirir
Baş məşqçi stadiondan şikayətləndi
"Fənərbaxça" - "Slaviya" matçının heyətləri açıqlandı
"Sabah" - "Borussiya": Heyətlər
2-ci liqada 8-ci tura yekun vuruldu
Elvin həkim nəzarətində məşqə çıxdı - Şəkillər
“Mançester Yunayted”də ciddi itki
Azərbaycanın U-15 millisinin dünya çempionatı üçün heyəti
Xəyal etdi, inandı, qazandı
AFFA İntizam Komitəsinin qərarları açıqlandı