UEFA "Avro-2016"nın üç iştirakçı yığması barədə intizam işi açıb.
Qol.az-ın qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, bunlar Macarıstan, Belçika və Portuqaliya yığmalarıdır.
Macarıstan Futbol Federasiyası dünən İslandiya ilə Marseldə keçirilən oyun zamanı (1:1) azarkeşlərinin pirotexniki vasitələrdən istifadə etmək, meydana yad əşyalar atmaq, eləcə də tribunada iğtişaş törətməkdə ittiham olunur.
Belçika Futbol Federasiyası da eyni səbəbdən təqsirli bilindiyi halda, Portuqaliya Futbol Federasiyasının azarkeşlərinin Avstriya ilə oyun zamanı (0:0) meydana daxil olmaları səbəbindən cəzalandırılacağı gözlənilir.
Qeyd edək ki, Macarıstan Futbol Federasiyası ilə bağlı işə iyunun 21-də baxılacaq. Digər iki ölkənin yığması haqda qərarın nə zaman açıqlanacağı məlum deyil.
İsmail Kartal: “Məyusuq”
Valdas Dambrauskas: “Futbolçularımla fəxr edirəm”
“Sabah” layiqli mübarizə apardı. Təbriklər!” - Niko Kovaç
“Sabah” – “Borussiya” matçının ən yaxşı oyunçusu kim oldu?
"Fənərbaxça" son anda qələbəni əldən verdi
Yaxşı mübarizə, məyusedici nəticə
Keyn liderdir, siyahıda başqa kimlər var?
“Fənərbaxça”nın futbolçusu sıradan çıxdı
“El Klasiko”ya təyin olunan hakim dəyişdirilir?
"Turan" voleybol klubundan ÇL-də uğurlu debüt
36 yaşında karyerasını bitirir
Baş məşqçi stadiondan şikayətləndi
"Fənərbaxça" - "Slaviya" matçının heyətləri açıqlandı
"Sabah" - "Borussiya": Heyətlər
2-ci liqada 8-ci tura yekun vuruldu
Elvin həkim nəzarətində məşqə çıxdı - Şəkillər
“Mançester Yunayted”də ciddi itki