Beş gün öncə atasını itirən Xorvatiya millisinin kapitanı Dario Srna "Avro-2016"nın qrup mərhələsində Çexiya ilə keçirilən oyunöncəsi duyğulanıb.
Qol.az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, 34 yaşlı futbolçu matçdan öncə Xorvatiya millisinin himni oxunarkən gözyaşlarını saxlaya bilməyib.
Komanda yoldaşlarının təsəlli etdiyi Srnaya azarkeşlərdən də böyük dəstək gəlib. Türkiyə ilə oyundan sonra atası Üzeir Srnanın dünyasını dəyişdiyi xəbərini alan Xorvatiya millisinin üzvü görüşdən dərhal sonra ölkəsinə gedərək dəfn mərasiminə qatılıb. Yenidən Fransaya qayıdan Srna Çexiya ilə görüşün start heyətində meydana çıxıb.
Qeyd edək ki, xorvatlar Çexiya ilə görüşün fasiləsinə 1:0 öndə yollanıb.
Yuxarı
İsmail Kartal: “Məyusuq”
Valdas Dambrauskas: “Futbolçularımla fəxr edirəm”
“Sabah” layiqli mübarizə apardı. Təbriklər!” - Niko Kovaç
“Sabah” – “Borussiya” matçının ən yaxşı oyunçusu kim oldu?
"Fənərbaxça" son anda qələbəni əldən verdi
Yaxşı mübarizə, məyusedici nəticə
Keyn liderdir, siyahıda başqa kimlər var?
“Fənərbaxça”nın futbolçusu sıradan çıxdı
“El Klasiko”ya təyin olunan hakim dəyişdirilir?
"Turan" voleybol klubundan ÇL-də uğurlu debüt
36 yaşında karyerasını bitirir
Baş məşqçi stadiondan şikayətləndi
"Fənərbaxça" - "Slaviya" matçının heyətləri açıqlandı
"Sabah" - "Borussiya": Heyətlər
2-ci liqada 8-ci tura yekun vuruldu